Azərbaycan tərəfindən “arzuolunmaz şəxs” elan edilən və ötən gün saxlanılan “Köklü Değişim Medya” nəşrinin İstanbul təmsilçisi Muhammed Emin Yıldırım sərbəst buraxılıb.
Globalinfo.az xəbər verir ki, bunu M.E.Yıldırım X-dakı paylaşımında özü açıqlayıb.
O, xarici bir ölkənin dövlət rəsmilərini təhqir etmə ittihamı ilə saxlanıldığını bildirib.
Yıldırım ifadə verdikdən sonra sərbəst buraxıldığını yazıb.
Diqqətçəkən məqam budur ki, M.E.Yıldırım mövqeyinin və fikirlərinin dəyişməyəcəyini, eyni prinsiplə davam edəcəyini vurğulayıb:
“İfadəmi verdikdən sonra sərbəst buraxıldım. Bu münasibətlə bir daha qeyd etmək istəyirəm: Hicab Allahın əmridir. Biz onu qiymətləndirən Azərbaycanlı bacılarımızı heç vaxt tərk etməyəcəyik. Harada olsaq da, İslamın və müsəlmanların şərəfini qorumağa davam edəcəyik”.
Əliyar Xəlil
Globalinfo.az