av

“Avropadan qonaqlarım var idi. Onlar dedilər ki, əhalinin böyük bir hissəsi artıq hakimiyyətə vətənpərvər, mühafizəkar prinsiplərə sadiq olan, ölkəni ayağa qaldıracaq bir insanın gəlməsini arzulayır”.

Globalinfo.az xəbər verir ki, bunu “Ana Ermənistan” fraksiyasının üzvü Sarkis Ter-Esayan deyib.

“Çünki ifrat liberal qloballaşma tərəfdarı olan hakimiyyətlər Avropa ölkələrini iqtisadi böhran həddinə çatdırıblar. Hər şey bahalaşıb, cərimələrin məbləği artıb, iş yerləri azalıb, insanlar ipoteka kreditlərini ödəyə bilmirlər”, – deyə o qeyd edib.

Ter-Esayan bildirib ki, güclü şirkətlər Avropanı tərk edərək Çinə köçürlər:

“Başqa sözlə, Avropa tezliklə defolta uğraya bilər. Siz isə sadəlövhlük edərək hələ də uçuruma doğru gedən Avropaya inteqrasiya olunmaq istəyirsiniz”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: