ABŞ Prezidenti Donald Tramp İrlandiyanın Şimali İrlandiya ilə birləşdirilməsi məsələsini ölkə rəhbərliyi ilə görüşlər zamanı gündəmə gətirib.
Globalinfo.az bildirir ki, bu barədə “İndependent” öz mənbələrinə istinadən yazıb.
Bildirilib ki, Tramp bu məsələni sentyabrın 12-də İrlandiyanın Baş naziri Mihol Martin və Prezident Ketrin Konolli ilə müzakirə edib.aş tutub.
ABŞ lideri sentyabrın 13-də mövzuya yenidən toxunaraq İrlandiyanın birləşdirilməsini tarixi baxımdan “ən təbii addımlardan biri” kimi qiymətləndirib.
Qəzet İrlandiya rəhbərliyinin Trampın bu təklifinə münasibəti barədə məlumat verməyib.
Bu arada, Böyük Britaniyanın aparıcı siyasi partiyalarının nümayəndələri ABŞ prezidentinin açıqlamalarını tənqid edib və onun sözlərinin əhəmiyyətini azaltmağa çalışıblar.
Tahir Turan
Globalinfo.az