İraq İranla sərhəddə yerləşən Əl-Tayyib rayonunu bağlayıb. Buna səbəb ərazidə pilotsuz uçuş aparatlarının buraxılması üçün nəzərdə tutulan məntəqələrin aşkarlanmasıdır.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Reuters”in məlumatına görə, qərar İranla sərhəddə yerləşən Maysan əyalətinin cənubunda müvafiq obyektlərin aşkar edilməsindən sonra qəbul olunub.
AFP-nin təhlükəsizlik strukturlarındakı mənbələri də Əl-Tayyib rayonunda dron buraxılış qurğularının tapıldığını təsdiqləyib.
İraq baş naziri Əli əz-Zeydi İranın sərhəddə dron buraxılış qurğularının aşkarlanması ilə bağlı birgə araşdırma aparmaq barədə müraciətini təsdiqləyib.
Araşdırmaya Səudiyyə Ərəbistanının “Şərq-Qərb” neft kəmərinə hücumdan sonra başlanılıb. Ər-Riyad və Bağdad hücumun İraq ərazisindən həyata keçirildiyini açıqlayıb.
Hadisədən sonra Maysan əyalətindəki qoşunların komandanı vəzifəsindən azad edilib.
Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi isə İraqın araşdırmaya başlamasını nəzərə alıb və cavab zərbələri endirməkdən imtina edib.
Əliyar Xəlil