kadirov

Çeçenistan rəhbəri Ramzan Kadırov bölgə sakinlərinin geyim tərzi ilə bağlı çağırış edib.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, Kadırov təhlükəsizlik blokunun rəhbərləri ilə keçirdiyi müşavirədə kişilərin uzun saqqal saxlaması və şalvarlarını qısaltmasını ayrıca gündəmə gətirib.

Çeçenistan rəhbəri bildirib ki, uzun saqqal saxlayan şəxslərin əksəriyyəti məscidlərə getmir və cümə namazında iştirak etmir:

“Bəzi şəxslər vaxtlarını küçələrdə keçirməklə yanaşı, bu görünüşü gənclər arasında yaymağa başlayıblar”.

Kadırov kişiləri saqqallarını dini qaydalara uyğun şəkildə saxlamağa çağırıb və uzun saqqal ilə qısaldılmış şalvarın dəb halına gətirilməsinin yolverilməz olduğunu bildirib.

O, qadınların geyim tərzinə də toxunaraq, bəzi şəxslərin Çeçenistan üçün xarakterik olmayan geyimləri mənimsədiyini və parancadan istifadə etdiyini qeyd edib.

Kadırov qadınlara da İslam qaydalarına uyğun geyinməyi, ərəb geyim üslubunu təqlid etməməyi tövsiyə edib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: