abs iraq

İranla müharibənin enerji qiymətlərinə təsiri ABŞ-də istehlakçıların xərclərini kəskin artırıb.

Globalinfo.az xəbər verir ki, Braun Universitetinin real vaxt rejimində apardığı hesablamalara əsasən, enerji xərclərindəki artımın amerikalı istehlakçılara vurduğu ümumi zərər artıq 100 milyard dolları keçib.

Hesablamalarda elektrik enerjisi xərclərinin təxminən hər iki dəqiqədən bir 1 milyon dollar artdığı göstərilir. Braun Universitetinin Uatson Məktəbinin Analitik Mərkəzinin məlumatına görə, müharibənin başladığı fevralın 28-dən etibarən benzin və dizel yanacağının bahalaşması orta statistik amerikalı ailəyə 760 dollardan çox əlavə xərc yaradıb.

Məlumata görə, əsas yük benzin qiymətlərinin artmasının üzərinə düşsə də, son dövrlərdə dizel yanacağının ümumi zərərdəki payı daha sürətlə yüksəlir.

Enerji qiymətlərindəki artımın ABŞ-də nəqliyyat və gündəlik istehlak xərclərindən tutmuş inflyasiyaya qədər bir sıra sahələrə əlavə təzyiq yaratdığı bildirilir.

Tahir Turan
Globalinfo.az

Paylaş: