su 24

Ukraynanın Baş Kəşfiyyat İdarəsi (GUR) Rusiyaya məxsus hərbi təyyarənin işğal altındakı Krımda vurulduğunu açıqlayıb. Hadisənin sentyabrın 6-dan 7-nə keçən gecə baş verdiyi bildirilib.

Globalinfo.az-ın məlumatına görə, əməliyyatı Müdafiə Nazirliyinin Aktiv Əməliyyatlar Departamentinin operatorları həyata keçirib.

Kəşfiyyat idarəsi təyyarənin Su-24 olduğunu bildirərək, onun zədələnmə xarakteri və dərəcəsinin hazırda müəyyənləşdirildiyini qeyd edib.

Ukrayna kəşfiyyatı hadisəni ölkədə qeyd olunan Hərbi Kəşfiyyat Günü münasibətilə “hədiyyə” kimi təqdim edib.

Qeyd edək ki, bu, Ukrayna tərəfinin son dövrlərdə Krımda Rusiya aviasiyasına qarşı həyata keçirdiyini açıqladığı növbəti zərbədir. Avqust ayında da Krımdakı “Saki” aerodromunda Rusiyaya məxsus Su-24M bombardmançısının məhv edildiyi bildirilmişdi.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: