Almaniyanın “BSW” partiyasının Berlin şöbəsinin həmsədri Aleksandr Kinq ölkədə Rusiya ilə münasibətlərə dair siyasəti sərt tənqid edib.
Globalinfo.az xəbər verir ki, Kinq bunu Berlindəki Rusiya Evinin bağlanmasına qarşı keçirilən nümayişdə çıxış edərkən bildirib. Onun sözlərinə görə, Almaniya hökuməti ölkəni Rusiya ilə uzunmüddətli qarşıdurmaya hazırlayır.
Onun sözlərinə görə, Rus Evi müharibə və böhran kimi mürəkkəb dövrlərdə tərəflər arasında dialoq üçün əlçatan kanal olaraq fəaliyyətini davam etdirməlidir.
Kinq vurğulayıb ki, Almaniya hökumətinin hazırkı siyasəti ölkəni sülhə deyil, Rusiya ilə uzunmüddətli münaqişəyə və hətta mümkün müharibəyə hazırlayır.
O, həmçinin xarici işlər naziri Yohann Vadefulun Rusiya ilə münasibətlərdə “əbədi düşmənçilik” mövqeyinə istinad edərək, belə yanaşmanın təhlükəli olduğunu bildirib.
Tahir Turan
Globalinfo.az