Rusiya Liberal Demokrat Partiyasının qurucusu, mərhum siyasətçi Vladimir Jirinovskin böyük oğlu, əvvəllər İqor Lebedev kimi tanınan David Qarsiya atasının dəbdəbəli əmlakını satışa çıxarıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Rossiskaya Qazeta” məlumat yayıb.
Nəşr yazır ki, o, atasının iki evini 239 milyon rubla satır. Məluamata görə, sözügedən evlər Jirnovskinin Moskvada 20 ildən çox yaşadığı qapalı komplekdə yerləşir.
Bildirilir ki, siyasətçinin digər oğlu Oleq Jirinovski hazırda evlərdən birini almağa çalışır. Onun alacağı evi atasının xatirə muzeyinə çevirmək istədiyi deyilir.
Əliyar Xəlil
Globalinfo.az