Rusiya ABŞ prezidenti Donald Trampın son ittihamlarına reaksiya verib.
Globalinfo.az xəbər verir ki, bununla bağlı Rusiya prezidentinin köməkçisi Yuri Uşakov danışıb.
O, Trampın Rusiya, Çin və Şimali Koreyanın ABŞ-a qarşı “sui-qəsd” planlaşdırdığı barədə fikirlərini “ironiya” adlandırıb.
“Vladimir Putin, Si Cinpin və Kim Çen İnin belə planı yoxdur. Çünki onlar Vaşinqtonun hazırkı beynəlxalq vəziyyətdəki rolunu başa düşürlər”, – deyə Uşakov bildirib.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp deyib ki, Çin lideri Si Cinpin Kremlin rəhbəri Vladimir Putin və Şimali Koreya lideri Kim Çen İnlə birlikdə ölkəsinə qarşı “sui-qəsd” hazırlayır.
“Amerika Birləşmiş Ştatlarına qarşı sui-qəsd hazırladığınız zaman mənim ən xoş salamlarımı Vladimir Putin və Kim Çen İnə çatdırın”, – deyə Tramp qeyd edib.
Əliyar Xəlil
Globalinfo.az