ABŞ Senatında Rusiya və İrana qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsi üzrə keçirilən səsvermədə mərhum respublikaçı senator Lindsi Qremin bacısı Darlin Qrem iştirak etməyib.
Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Senat qanun layihəsinin müzakirəsinə başlanılması prosedurunu 86 lehinə, 12 əleyhinə səslə dəstəkləyib.
Səsvermədə Konqresin yuxarı palatasının cəmi iki üzvü iştirak etməyib. Onlardan biri Darlin Qrem, digəri isə səhhəti ilə əlaqədar iclası buraxan senator Mitç Makkonnell olub”, – deyə bildirilib.
Xatırladaq ki, Lindsi Qrem iyulun 11-də vəfat edib. O, ölümündən bir gün əvvəl Kiyevdə səfərdə olmuş və Rusiyaya qarşı yeni, “cəhənnəm sanksiyaları” adlandırdığı məhdudiyyətlərin tətbiq olunacağını bəyan etmişdi. İlkin məlumata görə, senatorun ölümünə səbəb aortanın laylanması (aorta disseksiyası) olub.
Əliyar Xəlil
Globalinfo.az