iran israile qarshi ilk defe nesrullah raket sistemini tetbiq etdi 900x600 1

Vaşinqton İrana Hörmüz boğazı ilə bağlı məsələləri diplomatik yollarla həll etmək imkanı verib.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ müdafiə naziri Pit Heqset bildirib. Onun sözlərinə görə, İranın ticarət gəmilərinə qarşı hər hansı hücumu cavabsız qalmayacaq.

“Əgər ticarət gəmilərinə hücum edilərsə, ABŞ buna on qat daha güclü cavab verəcək”, – deyə Heqset vurğulayıb.

Qeyd edək ki, bu açıqlama Hörmüz boğazında artan gərginlik fonunda Vaşinqtonun Tehrana ünvanladığı növbəti sərt xəbərdarlıq kimi qiymətləndirilir.

Tahir Turan
Globalinfo.az

Paylaş: