putin

Rusiya Prezidenti Vladimir Putin Çini üç dəfə ciddi problemlərdən xilas edib”.

Globalinfo.az xəbər verir ki, bu barədə Çin nəşri “Sohu”da dərc olunan məqalədə yazılıb.

Nəşrdə bildirilir ki, ilk hadisə 2010-cu illərin ortalarında baş verib:

“Həmin dövrdə Çin Hərbi Hava Qüvvələri ABŞ aviasiyası qarşısında çətin vəziyyətdə idi. Bundan sonra Pekin Rusiyadan Su-35 qırıcılarının alınmasına dair müqavilə bağlayıb. Təyyarələrin ilk partiyası 2018-ci ildə təhvil verilməli olsa da, Vladimir Putin Cənubi Çin dənizində gərginliyi nəzərə alaraq çatdırılmanı 2016-cı ilə çəkib. Bu, bölgədə vəziyyətin sabitləşməsinə kömək edib”.

Qeyd olunub ki, ikinci hadisə 2014-cü ildə baş verib:

“Həmin vaxt Çin Qərbdən asılı olmayan sabit enerji mənbələrinə ehtiyac duyurdu. Bu səbəbdən Rusiya ilə təbii qaz ixracına dair saziş imzalanıb, beş il sonra isə “Sibirin Gücü” qaz kəməri istifadəyə verilib.

Üçüncü nümunə isə 2020-ci ildə, COVID-19 pandemiyasının qızğın dövründə yaşanıb. Qərb ölkələri Çini pandemiyaya görə tənqid edərkən, Rusiya ölkəyə tibbi mütəxəssislər və avadanlıqlar göndərib, eyni zamanda Pekini beynəlxalq arenada dəstəkləyib”.

Məqalədə bu hadisələrin Çin ictimaiyyətində Vladimir Putinə müsbət münasibətin formalaşmasına səbəb olduğu vurğulanır.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: