Pakistanda ötən gün baş verən güclü zəlzələ nəticəsində 9 nəfər həlak olub, 150 nəfər yaralanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilib ki, zəlzələ Pakistanın Əfqanıstanla sərhədə yaxın Xeybər-Paxtunxva əyalətində daha çox hiss olunub. Ölənlərin arasında qadınlar və uşaqlar da var.
Qeyd edək ki, ABŞ Geoloji Xidmətinin verdiyi açıqlamada 6,5 bal gücündə zəlzələnin episentrinin Əfqanıstanın şimal-şərqindəki Bədəxşan əyalətinin Curm rayonunda olduğu bildirilib.
Zəlzələ Pakistanın paytaxtı İslamabad və Lahor, Ravalpindi, Kvetta, Pişəvər və bir çox başqa şəhərlərdə hiss olunub.
Əfqanıstanda da ölənlərin olduğu vurğulanıb.