Venesuelada səmanın qırmızı rəngə boyanması diqqət çəkib.
Globalinfo.az xəbər verir ki, bununla bağlı sosial mediada kadrlar yayılıb.
Sözügedən görüntü ardıcıl zəlzələlərlə əlaqələndirilir.
Mütəxəssislər isə bunun bəzi hallarda güclü seysmik aktivlik zamanı müşahidə oluna bilən nadir “zəlzələ işıqları” (earthquake lights) fenomeni ola biləcəyini, lakin səbəbin hələ dəqiq təsdiqlənmədiyini bildirirlər.
Qeyd edək ki, iyunun 24-də Venesuelada 39 saniyə fərqlə 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ baş verib. Təbii fəlakət nəticəsində minlərlə insan həlak olub və yaralanıb, on minlərlə bina dağılıb və ya ciddi ziyan görüb.
Günel Cəlil
Globalinfo.az