1461547

Bu dəqiqələrdə Azərbaycanın şimal-qərb rayonlarında zəlzələ baş verib.

Globalinfo.az xəbər verir ki, smartfonlara gələn xəbərdarlıqda zəlzələnin maqnitudasının 5,1 bal olduğu qeyd edilib.

Sosial şəbəkələrdə yayılan məlumata görə, zəlzələ Oğuz, Ağdaş, Gəncə, Qəbələ, Mingəçevir, Kürdəmir, Yevlax, Şirvan, Şəki, Xankəndi və başqa ərazilərdə hiss edilib.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu bildirib ki, zəlzələ əsasən Qəbələ rayonunda qeydə alınıb.

Episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 5-3 bala qədər hiss olunub.

5,1 maqnitudalı yeraltı təkan yerli vaxtla 15:13-də, 42 km dərinlikdə baş verib.

Paylaş: