Yeni Zelandiyanın cənubunda 6 maqnitudada zəlzələ qeydə alınıb.
Globalinfo.az bildirir ki, “Report”un məlumatına görə, bu barədə Avstraliyanın Geologiya Xidməti xəbər verib.
Məlumata görə, zəlzələnin episentri Sakit Okeanın cənub hissəsindəki Oklend adaları yaxınlığında, ocağı 10 kilometr dərinlikdə yerləşib.
Hər hansı itki və ya dağıntı barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.
Oklend adaları Yeni Zelandiyanın ən cənub yaşayış məntəqəsi olan Stüart adasından təxminən 400 kilometr cənubda yerləşən yaşayış olmayan arxipelaqdır.