İsrail ordusu Livanın paytaxtı Beyrutun cənub hissəsində yerləşən Dahiya bölgəsinə hava zərbələri endirib. Hücum nəticəsində ölən və yaralananların olduğu bildirilir.
Globalinfo.az xəbər verir ki, İsrail hökumətinin yaydığı məlumata görə, əməliyyat Baş nazir Benjamin Netanyahu və müdafiə naziri Israel Katz tərəfindən verilən göstəriş əsasında həyata keçirilib.
Rəsmi Təl-Əviv zərbənin İsrail ərazisinə açılan atəşlərə cavab olaraq təşkil edildiyini və hədəfin “Hizbullah”ın istifadə etdiyi obyektlərdən biri olduğunu açıqlayıb.
Livanın Milli İnformasiya Agentliyinin məlumatına əsasən, aviazərbələr nəticəsində azı iki nəfər həyatını itirib, daha 11 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Tahir Turan
Globalinfo.az