Ermənistanın Baş naziri Nikol Paşinyan parlament seçkilərinə bir neçə gün qalmış Qarabağla bağlı diqqətçəkən açıqlamalar verib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə yerli televiziyanın efirində danışıb.
Paşinyan bildirib ki, Qarabağ məsələsi uzun illər Ermənistan üçün “tələ” rolunu oynayıb və ölkənin inkişafına mane olub.
Paşinyanın sözlərinə görə, münaqişənin gələcək nəsillərə ötürülməsi Ermənistan üçün ciddi təhlükə yaradacaqdı:
“Başa düşdüm ki, Qarabağ vasitəsilə tələyə düşmüşük. Bu yolu davam etdirmək Ermənistan dövlətçiliyinin itirilməsi ilə nəticələnə bilərdi”.
Baş nazir qeyd edib ki, verdiyi qərarların onu tənqid və ittihamlarla üz-üzə qoyacağını əvvəlcədən bilirdi:
“Bilirdim ki, məni xain, torpaq satan adlandıracaqlar. Amma bu gün həqiqətlə üzləşdiyim və Ermənistanı həmin tələdən çıxardığım üçün özümü rahat hiss edirəm”.
Tahir Turan
Globalinfo.az