Avropa

Bir sıra Avropa ölkələri ABŞ-ın mümkün geri çəkilməsi fonunda NATO daxilində Vaşinqtonsuz fəaliyyət planı hazırlayır.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Economist” nəşri məlumat yayıb.

Məlumata görə, Avropada ABŞ prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı açıqlamalarından sonra narahatlıq artıb.

Müzakirələrdə NATO zəifləyəcəyi halda alternativ Avropa müdafiə sisteminin yaradılması fikri də nəzərdən keçirilir.

Bu arada ABŞ müdafiə naziri Pit Heqset Almaniyadan 5 min amerikalı hərbçinin çıxarılması barədə göstəriş verib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: