WhatsApp Image 2026 05 01 at 15.25.48

Avropa İttifaqının () Azərbaycandakı səfiri Mariyana Kuyunciç Xarici İşlər Nazirliyinə çağırılıb.

Görüşdə Avropa Parlamenti tərəfindən 30 aprel tarixində qəbul edilmiş qətnamədə ölkəmizə qarşı yer alan əsassız və qərəzli müddəalar qəti şəkildə pislənib və bununla bağlı qarşı tərəfə etiraz notası təqdim olunub.

Globalinfo.az-a danışan politoloq Vaqif Hüseyn bildirib ki, Avropada ermənilərin təbliğat aparmaq bacarığı kifayət qədər güclüdür:

“30 aprel tarixində qəbul edilmiş qətnamə təəccüblü deyil. Xankəndi şəhərində qanunsuz tikililərin sökülməsi bəzi dairələr tərəfindən guya “tarixi abidələrin dağıdılması” kimi təqdim olunur. Halbuki bu prosesin nə erməni tarixi abidələrinə, nə də ümumiyyətlə erməni irsinə aidiyyəti var.

Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında sülh prosesinin davam etdiyi bir vaxtda belə bir addım atması, prosesin gələcəyi baxımından zərərli hesab oluna bilər. Burada müəyyən dini və siyasi təəssübkeşliyin də izləri hiss olunur. Belə qətnamələr Azərbaycanla münasibətlərə mənfi təsir göstərir və İttifaq bunu nəzərə almalıdır.

WhatsApp Image 2024 08 16 at 12.14.30
Vaqif Hüseyn

Bu qətnamələrin heç bir ciddi əsası yoxdur. Təəssüf ki, yenə də ikili standartların şahidi oluruq.

Məsələyə hüquqi baxımdan yanaşılmayıb. Bu, daha çox iddialara və ittihamlara əsaslanan sənəd təsiri bağışlayır. Üstəlik, qətnamə daha çox gələcəyə hesablanmış siyasi addım kimi görünür. Azərbaycanın reaksiyası isə olduqca önəmlidir. Ölkəmiz vaxtında və düzgün şəkildə etiraz ifadə edib”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: