olqa

Ukraynanın ABŞ-dakı  səfiri Olqa Stefanişina atışma baş verən tədbirdə olub.

Globalinfo.az xəbər verir ki, bu barədə o, sosial media hesabında yazıb.

Səfir hadisəni ABŞ Prezidentinə qarşı “sui-qəsd cəhdi” adlandırıb.

“Ukraynalılara yaxın olanlar şanslı idilər. Atıcı otağa girməyə çalışarkən zərərsizləşdirilib”, – deyə O.Stefanişina bildirib.

Qeyd edək ki, 25 aprel axşamı Ağ Ev Müxbirləri Assosiasiyasının “Vaşinqton Hilton” otelində keçirilən qala şam yeməyi zamanı atışma baş verib. 

sefir

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: