iran

ABŞ ordusunun vurulan F-15 qırıcı təyyarəsinin ikinci pilotunu xilas etmək əməliyyatı uğursuz olub”.

Globalinfo.az xəbər verir ki, bunu İranın Xatəm əl-Ənbiya Hərbi Komandanlığının Mərkəzi Qərargahının sözçüsü İbrahim Zülfəqari deyib.

“İki “Black Hawk” helikopteri və bir C-130 hərbi nəqliyyat təyyarəsi də daxil olmaqla düşmənin hava hədəfləri İsfahanın cənubunda vurulub”, – deyə o bildirib.

Əlavə edilib ki, zərbələrdən sonra ABŞ Silahlı Qüvvələrinin texnikası alovlanıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti axtarış-xilasetmə əməliyyatının uğurla başa çatdığını elan etmişdi.

O, ikinci pilotun İran dağlarında cəbhə xəttində olduğunu bildirmişdi. Ağ Ev sakini vurğulamışdı ki, amerikalı əsgər yaralanıb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: