tramp 09 900x600 1

ABŞ Prezidenti Donald Tramp İrana qarşı aparılan hərbi əməliyyatlar fonunda amerikalılara rəsmi şəkildə müraciət edəcəyini bəyan edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt “X” sosial platformasında paylaşım edib.

Onun açıqlamasına görə, Tramp xalqa müraciətini yerli vaxtla saat 21:00-da edəcək. Qeyd olunub ki, Prezident çıxışında İranla bağlı vəziyyətə dair vacib məlumatları ictimaiyyətə çatdıracaq.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: