İran ABŞ və İsrailin İranın Nətənz şəhərindəki nüvə obyektinə hücumu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinə ( MAQATE ) məlumat verib.
Globalinfo.az xəbər verir ki, bu barədə MAQATE-nin mətbuat xidməti məlumat yayıb.
“Radiasiya səviyyəsində heç bir artım aşkar edilməyib”, – deyə bildirilib.
Xatırladaq ki, martın 21-də İranın Atom Enerjisi Təşkilatı İsrail və ABŞ qüvvələrinin Nətənzdəki Şəhid Əhmədi Rövşən uran zənginləşdirmə kompleksinə zərbələr endirdiyini açıqlayıb.
Əliyar Xəlil
Globalinfo.az