Ermənistan Baş naziri Nikol Paşinyan sabiq prezidentlər Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyanı Qarabağ nizamlanması üzrə həqiqətləri erməni xalqından gizlətməkdə ittiham edib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə brifinq zamanı jurnalistlərə açıqlamasında bildirib.
“1996-cı il Lissabon sammiti barədə həqiqət gizlədilmişdi, indi isə sənədlər tam olaraq dərc edilib. Niyə bu sənədlərin ətrafında heç bir səs-küy yoxdur? Çünki artıq hər şey dərc edilib və bütün həqiqət xalqa göstərilib”, – deyə Baş nazir vurğulayıb.
Qeyd edək ki, hələ 1996-cı ildə Lissabon sammiti ilə beynəlxalq ictimaiyyət Qarabağın Azərbaycanın tərkibində qalmasını əsas prinsip kimi qəbul etmişdi, amma bu fakt illər boyu ictimaiyyətdən gizlədilib və ya tam açıqlanmayıb.
Safura Bənnayeva
Globalinfo.az