Türkiyənin paytaxtı Ankarada yaşayan Necla Özmen ABŞ prezidenti Donald Trampın onun atası olduğunu iddia edib.
Globalinfo.az modern.az-a istinadən xəbər verir ki, onun paylaşımı sosial şəbəkədə maraqla qarşılanıb.
Qadın bildirib ki, Trampın İranla müharibəyə başlamasının səbəblərindən biri onunla bağlı xəbərləri gündəmdən çıxarmaq cəhdidir.
O həmçinin iddia edib ki, Trampın İranla müharibə qərarı qismən onunla bağlı xəbərlərin gündəmdən çıxarılması məqsədi daşıyır. “Düşünürəm ki, atam İranla müharibəni məhz mənim haqqımda danışılmaması üçün başladı. Amma əmin ol ki, mən mübarizəmi sona qədər aparacağam”, – deyə qadın bildirib.
Necla Özmen videoda Trampa başqa ölkələrin işlərinə qarışmamağı tövsiyə edərək “Ata, digər dövlətlərin işlərinə qarışma” sözlərini də əlavə edib.