Kremlin and Red Square.1

Ermənistan Parlamentinin spikeri Alen Simonyan Ermənistanın xarici siyasi kursu ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Globalinfo.az xəbər verir ki, o bu barədə Rusiyanın “Dojd” (TV Rain) kanalına müsahibəsində danışıb. Simonyan bildirib ki, rəsmi İrəvan artıq qərarlarını kənar təsir altında qəbul etmir və ölkənin siyasi iradəsi daxili legitim institutlara əsaslanır.

Onun sözlərinə görə, Ermənistan müstəqil dövlətdir və onun hakimiyyət orqanları xalqın iradəsi əsasında formalaşır.

“Biz artıq oradan təyin olunmuruq” ifadəsi ilə spiker ölkənin idarəçilik modelinin dəyişdiyini, xarici mərkəzlərdən asılılıq iddialarının geridə qaldığını vurğulayıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: