3 7

Laçının əsrarəngiz qış mənzərəsində daha bir maraqlı görüntü qeydə alınıb. Belə ki, avtomobil yolu ilə qarın üstündə qaçan iki cüyür balası videoya düşüb. Video qısa zamanda sosial mediada yayılıb və böyük marağa səbəb olub.

Globalinfo.az xəbər verir ki, maraqlı görüntülər LaçınŞuşa dolama yolunda qeydə alınıb.

Qeyd edək ki, gözəl təbiəti olan Laçın zəngin flora və faunaya malikdir. Laçın təbiətində qonur ayı, canavar, tülkü, qayakeçisi və ya Bezoar keçi, ceyran, maral, cüyür, qaban, İran sincabı, süleysin və bir çox məməlilər sinfinə daxil olan heyvanlara rast gəlinir.

Həmin görüntüləri təqdim edirik:

Paylaş: