y 08o0

Ukrayna müharibəsində iştirak edən əslən azərbaycanlı, “Saxa” ləqəbi ilə tanınan Saleh İsmayılov vəfat edib.

Globalinfo.az xəbər verir ki, bu barədə hərbi bloger Tofiq Şahmuradov məlumat yayıb.

Onun sözlərinə görə, İsmayılov müharibədə ağır yaralanandan sonra onkoloji xəstəlik tapıb və elə bu səbəbdən də rəhmətə gedib:

“Saleh İsmayılov Azərbaycan vətəndaşı olmasına baxmayaraq, genişmiqyaslı müharibənin ilk günlərindən könüllü olaraq Ukraynanın müdafiəsinə qalxıb. Ukrayna ordusunun tərkibində, demək olar, bütün qaynar nöqtələrdə döyüşüb.

O, əsl döyüşçü idi. Ukraynada Saxa şərəf, cəsarət və qəhrəmanlığın əsl simvoluna çevrildi”.

631591827 1459134889556619 7012706457406604764 n
631577933 1459134836223291 7907835827479522331 n

Paylaş: