tramp 4 900x565 1

ABŞ Prezidenti Donald Tramp üçüncü bir ölkə vasitəsilə İrana mesaj göndərib. 

Globalinfo.az xəbər verir ki, bunu İran parlamentinin deputatı Seyif Mahmud Nəbəvian deyib. 

O bildirib ki, Ağ Ev rəhbəri ölkə daxilində iki hədəfə zərbə endirməyə “icazə” verilməsi təklif edib.

Nəbəvianın sözlərinə görə, Tehran bu mesaja qəti cavab verib:

“Biz dedik ki, ən kiçik bir səhv etsəniz belə, 3–4 min itki verəcəksiniz!”.

Millət vəkili qeyd edib ki, ölkənin xarici işlər nazirinə region dövlətlərinin xarici işlər nazirləri ilə əlaqə saxlamaq tapşırılıb.

Eyni zamanda rəsmi şəkildə xəbərdarlıq edilib ki, ABŞ-ın adı ilə əlaqəli olan və ya Amerikanın mövcud olduğu istənilən şirkətə və ya hərbi bazaya zərbə endiriləcək.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: