zeherlenme

Yanvarın 22-də saat 06:10 radələrində 4 nəfər şəxs (3-ü kişi və 1-i qadın) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Globalinfo.az bildirir ki, bu barədə Yevlax Rayon Mərkəzi Xəstəxanası məlumat yayıb.

“Onlara dəm qazından zəhərlənmə diaqnozu təyin edilib.

Pasiyentlərdən 2005-ci il və 1987-ci il təvəllüdlü şəxsləri vəziyyətləri qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar. 1982-ci il və 2007-ci il təvəllüdlü şəxslər isə Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyətləri ağır olaraq qiymətləndirilir”, deyə məlumatda qeyd edilib.

***09:13

Yevlax şəhərində beş nəfər dəm qazından zəhərlənib.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, zəhərlənən şəxslərdən 1959-cu il təvəllüdlü Məhəmməd İsmayılov vəfat edib.

Digər dörd nəfərin müalicəsi xəstəxanada davam etdirilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Paylaş: