FotoJet 2023 02 20T121240.495

Kahramanmaraşda iki zəlzələ nəticəsində dağılan İskenderun Dövlət Xəstəxanasının 10 il əvvəl sökülməli olduğu üzə çıxıb.

Globalinfo.az “Haber Global”a istinadən xəbər verir ki, xəstəxananın sökülməsinin zəruriliyi ilə bağlı verilən hesabat ortaya çıxıb.

Hatayın İskenderun rayonundakı dövlət xəstəxanasının reanimasiya şöbəsinin yerləşdiyi 6 mərtəbəli A Bloku zəlzələ nəticəsində dağılıb. Xəstəxana 70 nəfərin məzarına çevrilib.

Məlum olub ki, 10 il əvvəl binanın istifadəyə yararsız olduğu ilə bağlı hesabat təqdim edilib. Lakin xəstəxana buna baxmayaraq, fəaliyyət göstərməyə davam edib.

FotoJet 2023 02 20T121359.080 FotoJet 2023 02 20T121349.382 FotoJet 2023 02 20T121339.432

Paylaş: