WhatsApp Image 2025 12 29 at 00.31.23

Tanınmış meyxanaçı Vüqar Qobulunun səhhəti pisləşib.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, vəziyyəti pisləşən meyxanaçı təcili xəstəxanaya yerləşdirilib.

Hazırda onun həkim nəzarətində olduğu bildirilir.

Sabunçu Tibb Mərkəzindən bildirilib ki, pasiyentə zəruri tibbi xidmətlər göstərilib:

“Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb”.

Qeyd edək ki, bir müddət öncə Vüqar Qobulu yarışmada qalib gələrsə, evlənəcəyini bildirmişdi: “Maddiyyat evlilikdə böyük rol oynayır. Pul qazansam, birinci özümə toy edəcəyəm. Subay qalmaq günahdır. Ailə qurub, toy edərdim. Qalan pula da maşın alardım”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: