Tractor sazi F.C. team 2018

Təbrizin “Traktor” futbol klubuna verilən cəza böyük etiraz doğurub. 

Globalinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi sosial şəbəkə səhifəsi məlumat yayıb.

Bildirilir ki, İntizam Komitəsi tərəfindən kluba kubok oyununda qələbə ilə başa çatan qarşılaşmaya görə aşağıdakı cəzalar verilib:

– Ölkə kubokunda həm ev, həm də səfər oyunlarında azarkeşsiz oynamaq;

– 3 milyard tümən məbləğində cərimə;

– 12 lider azarkeşinə 6 ay müddətinə qadağa;

– Gələn mövsüm ölkə kubokunda “Persepolis” klubuna qarşı oyunda azarkeşlərin stadiona buraxılmaması.

Paylaşımda qeyd olunur ki, sözügedən klubun azarkeşləri ötən mövsüm baş tutan qarşılaşmada “Traktor”un Azərbaycan türkləri olan azarkeşlərinə qarşı irqçi şüarlar səsləndiriblər. Lakin bununla bağlı heç bir tədbir görülməyib.

Klub verilən cəzaların “dünyada bənzəri” olmadığını bildirib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: