prosport a7070b0df42840536d409c87c o 23

Biləsuvarda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayonun Nərimankənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Xəyal Quliyev “Niva” markalı minik avtomobili ilə hərəkətdə olarkən yeniyetməni vurub.

Kənd sakini 2010-cu il təvəllüdlü N.T adlı yeniyetmə qız aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon xəstəxanasına çatdırılıb.

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən yeniyetmənin durumu ağır qiymətləndirilir.

Qeyd edək ki, hadisəni törədən sürücü və piyada qohumdur.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: