Air Self Defense Force drone search operation at Wajima Asaichi

Yaponiyada baş verən zəlzələ nəticəsində 7 nəfər xəsarət alıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Baş nazir Sanae Takaiçi təcili brifinqdə bildirib.

Zəlzələ zamanı dəymiş ziyanla bağlı məlumatlar dəqiqləşdirilir.

Qeyd edək ki, zəlzələdənsonra sunami qeydə alınıb. Aomoridə dalğa hündürlüyü 40 santimetr, Hokkaydoda isə 20 santimetr olub.

***20:28

Yaponiyanın şimalında son bir ilin ən güclü zəlzələsi baş verib, sunami təhlükəsi elan olunub.

Globalinfo.az xəbər verir ki, Yaponiyada 7,2 bal gücündə zəlzələ qeydə alınıb.

Yeraltı təkanların episentri Honsyu adasının şimal-şərqindən təxminən 80 kilometr məsafədə, dənizdə yerləşib.

Zəlzələ ən çox Aomori prefekturasında hiss olunub. Hazırda dağıntılar və xəsarət alanlarla bağlı məlumat yoxdur.

Zəlzələdən sonra sunami təhlükəsi elan olunub.

Qeyd edək ki, bu, Yaponiyada 2025-ci ilin əvvəlindən bəri qeydə alınan ən güclü zəlzələdir. Daha əvvəl ən güclü zəlzələ noyabrın 9-da İvatə prefekturası sahillərində baş vermişdi və onun maqnitudası 6,8 olmuşdu. Həmin vaxt kiçikmiqyaslı sunami yaranmış, tələfat qeydə alınmamışdı.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: