1676305065 2023 Subat 20230208 2 57242262 85570583

Qaziantep vilayətinin valisi zəlzələdən zərər çəkmiş Nurdağı şəhərinin tamamilə sökülməsi haqda qərarını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Türkiyədə fevralın 6-da baş vermiş zəlzələ nəticəsində 31 mindən çox insanın öldüyü bildirilirdi. Təbii fəlakət zonasının daha 150 min sakini Türkiyənin digər bölgələrinə təxliyə edilib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7,7 və 7,6 bal gücündə iki zəlzələ baş verib. Yeraltı təkanların episentri Kahramanmaraş vilayəti olub.

Paylaş: