63e9104017aa363e9104017aa4167621843263e9104017aa163e9104017aa2

Meksikadan Türkiyənin zəlzələ bölgələrində axtarış aparmaq üçün gələn Proteo adlı it dağıntılar altında qalaraq ölüb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Meksikanın Müdafiə Nazirliyi məlumat yayıb.

Axtarış itinin ölümü ilə əlaqədar mərasim təşkil olunub:

“Qəhrəmancasına çalışdığın üçün təşəkkür edirik. Tapşırığın öhdəsindən gəldin, Proteo”, – deyə nazirliyin paylaşımında qeyd olunub.

Qeyd edək ki, Meksika hökuməti dağıntılar altında qalan vətəndaşların həyatını xilas etmək üçün Türkiyəyə 16 təlim görmüş it göndərib.

Həmin itlər bundan əvvəl Frida Meksika, Haiti, Qvatemala və Ekvadorda baş verən zəlzələlər zamanı dağıntılar altında qalmış 12 nəfəri xilas edib.

63e9104007acb63e9104007acc167621843263e9104007ac963e9104007aca 63e91040134a163e91040134a2167621843263e910401349f63e91040134a0

Paylaş: