e9df4a1a b208 3e0a b284 0a9cb5246d4a 825

ABŞ Dəniz Piyadaları Korpusunun komandanı, general Erik Smit münaqişələrin yaxınlaşdığına işarə edib. 

Globalinfo.az xəbər verir ki, bu barədə o, Dəniz Piyadaları Korpusunun yaradılmasının 250-ci ildönümündə çıxışı zamanı deyib.

“İnanın mənə… Növbəti müharibə gəlir. Dəniz Piyadaları buna hazır olacaq. Döyüşməyə hazırdır. Qələbəyə hazırdır”, – o bildirib.

Bu bəyanat regionda və beynəlxalq mətbuatda ciddi rezonans doğurub.

Yunan mediası generalın bu bəyanatını ABŞYunanıstanTürkiyə üçbucağı kontekstində şərh edib. Xüsusilə Yunanıstan mətbuatında bu çıxışın Türkiyəyə dolayı mesaj olduğu vurğulanır.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: