326510492 575033867591289 6714241565415684435 n

Türkiyənin Hatay şəhərinin İskenderun rayonunda 5 mərtəbəli binanın dağıntıları altında qalan 16 yaşlı yeniyetmə 56 saatdan sonra yaralı olaraq çıxarılıb.

Globalinfo.az “Haber Global”a istinadən xəbər verir ki, aparılan işlər zamanı 16 yaşlı Mahmud Salmana çatmaq mümkün olub.

Komandaların birgə səyi ilə dağıntılar altından çıxarılan Salman alqışlarla xərəyə doğru aparılıb. Yeniyetmənin anası Şirin Salman sevinc içində oğluna sarılıb.

Bir müddətdir ailəsi və qrupları ilə söhbət edən yeniyetmə şəxsi avtomobillə xəstəxanaya çatdırılıb.

325234914 708576630799130 220059670845614670 n

 

Paylaş: