Fransa Prezidenti Emmanuel Makron bəyan edib ki, Milli Assambleya baş nazir Sebastyan Lekornu hökumətinə etimadsızlıq səsverməsi keçirsə, o, parlamenti buraxacaq.
Globalinfo.az bildirir ki, bu barədə hökumətin mətbuat katibi Mon Brejon deyib.
Məlumata görə, Makron baş nazirin istefası halında yeni hökumət başçısı təyin olunmasını istisna edib.
“Prezident vurğulayıb ki, təqdim edilən etimadsızlıq təşəbbüsləri əslində parlamentin buraxılması ilə bağlı səsvermə kimi qəbul edilməlidir”, – Brejon vurğulayıb.
Sebastyan Lekornu son bir ay ərzində ikinci dəfə baş nazir postuna təyin edilib. Onun hökumətinin taleyi sosialistlərin mövqeyindən asılı olacaq. Sosialistlər qərarlarını baş nazirin proqramı ilə tanış olduqdan sonra verəcəklər.
Əliyar Xəlil
Globalinfo.az