“ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həlli üzrə danışıqlarda Rusiyaya təsir göstərə bilsə, Kiyev onu Nobel Sülh Mükafatına namizəd göstərəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib.
“Ümid edirəm ki, bunu bacarar. Bu halda biz onu namizəd göstərəcəyik və fəxrlə təbrik edəcəyik”, – Zelenski deyib.
Dövlət başçısı əlavə edib ki, atəşkəs silahlı münaqişənin tam sona çatması demək olmasa da, bu, sülhə doğru atılan mühüm addım olacaq.
Tahir Turan
Globalinfo.az