pasinyan yeni 86 900x600 1

“Paşinyanın məqsədi məni həbsə atdırmaq, müvəqqəti hökumət qurmaq və 2026-cı ildə seçkiləri təşkil etməkdir”.

Globalinfo.az xəbər verir ki, bunu  Gümrü meri Vardan Qukasyan deyib

O bildirib ki, dünya Ermənistandan azad və ədalətli seçkilər keçirməyi tələb edir. Ancaq hakimiyyət buna imkan vermir.

“Xalq özünü müdafiə etməli, gələcəyini pula satmamalıdır. İndiyə qədər onlar pul paylayır, seçki keçirir, xarici himayədarlarının qrantlarını idarə edirdilər. Bizdə o qədər səs yazısı var ki, rüşvət paylamırıq desələr, hər şeyi təqdim edəcəyik”.

Merin sözlərinə görə, hakimiyyətin məqsədi onu həbs etmək, müavinini vəzifəsindən kənarlaşdırmaq və 2026-cı il seçkilərini təşkil etmək üçün müvəqqəti administrasiya qurmaqdır.

“Ssenari belədir. İndi görəcəyik ki, bunu edirlər, ya yox. Amma biz hərəkətə keçməliyik ki, onların məqsədləri puç olsun. Bu, siyasi mübarizədir. Biz çox güclü insanlarıq”, – deyə Qukasyan vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: