“Rayonun əhalisinin yarısı yox oldu”.
Globalinfo.az xəbər verir ki, bu sözləri Qaziantepin bələdiyyə sədri Fatma Şahin deyib.
“Əhalisi 60 min olan rayonun yarısı yox oldu. Bir milyon insan evlərinə gedə bilmir. Məscidlər, idman zalları, ictimai-sosial binalar və hər yer açıqdır. Təbii qaz kəsildiyi üçün çörək belə hazırlamaq olmur. Təcili çörək və adyal ehtiyacımız var”, – deyə F.Şahin bildirib.