Kamçatka sahillərində sunami təhlükəsi ləğv edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Kamçatka diyarı üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
“Kamçatka sahilləri üçün sunami təhlükəsi aradan qaldırılıb. Yaşayış məntəqələri yaxınlığında dalğa yaxınlaşması qeydə alınmayıb”, – xilasedicilər bildiriblər.
***08:50
Kamçatka sahillərində baş verən 7,1 maqnitudalı güclü zəlzələ nəticəsində Şimali Kuril bölgəsində sunami təhlükəsi elan edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə “Yujno-Saxalinsk” seysmoloji stansiyasının rəisi Yelena Semyonova məlumat verib.
Məlumata görə, zəlzələnin ocağının dərinliyi 10 kilometr təşkil edib.













