Fransa prezidenti Emmanuel Makron Vladimir Putin və Volodimir Zelenski arasında görüşün planlaşdırıldığını açıqlayıb.
Globalinfo.az xəbər verir ki, Makronun sözlərinə görə, Rusiya və ABŞ diplomatları danışıqların qrafikini razılaşdırıblar.
Prosesə Rusiya və Ukrayna prezidentlərinin şəxsi görüşü, həmçinin daha sonra üç və dördtərəfli formatlarda məsləhətləşmələr daxildir. Fransa isə əldə olunacaq razılaşmaların icrasına zəmanət verməyə hazır olduğunu bildirib.
Makron əlavə edib ki, artıq əsas tarixlər müəyyən olunub və onların yerinə yetirilməsinə nəzarət ediləcək.
“Putin və Zelenski arasında görüş baş tutacaq, ardından isə genişləndirilmiş formatlarda danışıqlar davam edəcək”, – deyə Fransa lideri vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az