68b33793e2f2e68b33793e2f2f175657563568b33793e2f2c68b33793e2f2d

Avqustun 30-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerin dəvəti ilə qardaş ölkədə işgüzar səfərdədir.

Globalinfo.az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində müdafiə naziri Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin Quru Qoşunları, Hərbi Dənizçilik və Hərbi Təyyarəçilik məktəblərinin buraxılış mərasimlərinə qatılıb.

Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan mərasimlərdə çıxış edərək məzunları təbrik edib.

Ali hərbi məktəbləri müvəffəqiyyətlə bitirən azərbaycanlı məzunlara diplomlar Azərbaycan Respublikasının müdafiə naziri tərəfindən təqdim olunub.

Sonda məzunlar hərbi marşın sədaları altında tribuna önündən keçiblər.

68b33793ea14d68b33793ea14e175657563568b33793ea14b68b33793ea14c 68b33793efc8468b33793efc85175657563568b33793efc8268b33793efc83 68b337940188868b3379401889175657563568b337940188668b3379401887

Paylaş: