Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukrayna–Rusiya münaqişəsinin sülh yolu ilə həllinə həsr olunmuş mümkün sammitin tarixinin hazırda müəyyən edilmədiyini bildirib.
Globalinfo.az xəbər verir ki, diplomat bu barədə TGRT telekanalına danışıb.
Qeyd edib ki, Alyaska sammitindən sonra Rusiya və ABŞ bir sıra prinsiplər üzrə razılığa gəliblər.
O, tərəflər arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsi üçün gələcəkdə sammitin təşkilinin müzakirə olunduğunu bildirib. Lakin tədbirin konkret tarixi hələ müəyyən edilməyib.
Fidanın fikrincə, təhlükəsizlik təminatları haqqında sazişin şərtlərinin münaqişənin hər iki tərəfi – Rusiya və Ukrayna üçün eyni dərəcədə məqbul olub-olmayacağını öyrənmək son dərəcə vacibdir.
Tahir Turan
Globalinfo.az














