1746199855 screenshot 2025 05 02 19 28 43 989 com.android.chrome edit

Rusiya Prezidenti Vladimir Putin Sarov şəhərində (Nijni Novqorod vilayəti) keçirilən görüşdə gənc mütəxəssislərin nüvə sahəsindəki uğurlarına toxunaraq onlara uğurlar arzulayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

“Mənim yeganə arzum budur ki, hər şey sizin üçün uğurlu olsun”, – Rusiya lideri bildirib.

Dövlət başçısı həmçinin sənayedə çalışan mütəxəssislərin töhfələrini vurğulayıb və Rusiyanın Federal Nüvə Mərkəzinin ölkənin təhlükəsizliyindəki rolunun əhəmiyyətini qeyd edib.

Daha əvvəl Putin Sarova səfəri zamanı Rusiya nüvə sənayesinin dünya səviyyəsində lider mövqedə olduğunu bildirmiş, Rosatomun tikilməkdə olan obyektlərin sayı baxımından mütləq lider olduğunu vurğulamışdı.

Tahir Turan
Globalinfo.az

Paylaş: